25 sentyabr 2026. Cümə

Lamin Yamal dünya çempionatlarında ilk qolunu vurdu


Lamin Yamal dünya çempionatlarında ilk qolunu vurdu

İspaniya millisinin futbolçusu Lamin Yamal dünya çempionatlarındakı ilk qoluna imza atıb.

90deqiqe.Az xəbər verir ki, bu hadisə 2026-cı il dünya çempionatının H qrupunun II turunda İspaniya və Səudiyyə Ərəbistanı yığmaları arasında keçirilən qarşılaşmada baş verib.

ABŞ-nin Atlanta şəhərindəki "Mersedes-Bens" stadionunda oynanılan görüşdə hesabı 10-cu dəqiqədə məhz Yamal açıb.

Beləliklə, gənc hücumçu dünya çempionatları tarixində ilk qolunu vuraraq İspaniya millisinin önə keçməsində mühüm rol oynayıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir.

Hazırkı dünya çempionu Argentinadır. Cənubi Amerika təmsilçisi 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında Fransa yığmasını penaltilər seriyasında məğlub edərək çempionluğa yiyələnmişdi. Matçın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatmış, penaltilərdə isə argentinalılar 4:2 hesabı ilə üstün olmuşdular.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər