6 avqust 2026. Cümə axşamı

Lamin Yamal Messini geridə qoydu


Lamin Yamal Messini geridə qoydu

İspaniya millisinin futbolçusu Lamin Yamal dünya çempionatları tarixində qol vuran ən gənc futbolçuların ilk onluğu sırasına daxil olub.

90deqiqe.Az xəbər verir ki, bu hadisə 2026-cı il dünya çempionatının H qrupunun II turunda İspaniya və Səudiyyə Ərəbistanı yığmaları arasında keçirilən oyunda baş verib.

Yamalın vurduğu qol sayəsində İspaniya millisi hesabda önə çıxıb və gənc futbolçu mundial tarixində ən gənc qol müəllifləri siyahısında səkkizinci pilləyə yüksəlib.

18 yaş 343 günlük olan Yamal bu göstəricidə Argentina millisinin ulduzu Lionel Messini geridə qoyub. Lakin o, siyahıda yeddinci sırada qərarlaşan sabiq Rusiya millisinin hücumçusu Dmitri Sıçovu üstələyə bilməyib.

Dünya çempionatları tarixində ən gənc qol müəllifi rekordu isə Braziliya futbolunun əfsanəsi Peleyə məxsusdur. O, mundialda ilk qolunu 17 yaş 239 günlük olarkən vurub.

Dünya çempionatları tarixinin ən gənc qol müəlliflərinin ilk onluğu:

  1. Pele (Braziliya) – 17 yaş 239 gün;
  2. Manuel Rosas (Meksika) – 18 yaş 93 gün;
  3. Qavi (İspaniya) – 18 yaş 110 gün;
  4. İbraim Mbaye (Seneqal) – 18 yaş 143 gün;
  5. Maykl Ouen (İngiltərə) – 18 yaş 190 gün;
  6. Nikolae Kovaç (Rumıniya) – 18 yaş 197 gün;
  7. Dmitri Sıçov (Rusiya) – 18 yaş 231 gün;
  8. Lamin Yamal (İspaniya) – 18 yaş 343 gün;
  9. Lionel Messi (Argentina) – 18 yaş 357 gün;
  10. Culian Qrin (ABŞ) – 19 yaş 25 gün.






Dünya çempionatı

"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı