6 avqust 2026. Cümə axşamı

“Aqressiv oyun uğurun açarı oldu”


“Aqressiv oyun uğurun açarı oldu”

Yaponiya millisinin baş məşqçisi Cadzime Moriyasu 2026-cı il dünya çempionatının F qrupunun II turunda Tunis üzərində qazanılan 4:0 hesablı qələbə ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis komandasının hazırlıq prosesini və oyuna yanaşmasını yüksək qiymətləndirib.

“Biz görmək istədiyimiz oyuna yaxşı hazırlaşmışdıq və aqressiv futbol sərgilədik. Hazırlıq zamanı məşqçilər korpusu bütün tapşırıqları aydın şəkildə izah etdi və bunun sayəsində futbolçular potensiallarını tam şəkildə ortaya qoya bildilər.

Bir çox yapon azarkeş Monterreydə bizi dəstəkləmək üçün stadiona gəlmişdi. Onlar bizimlə birlikdə himni oxudular və oyunboyu bizi ürəkdən dəstəklədilər. Bu dəstək bizə böyük motivasiya verdi”, – deyə Moriyasu bildirib.

Qeyd edək ki, F qrupunun I turunda Tunis İsveçə 1:5 hesabı ilə məğlub olub, Yaponiya isə Niderlandla 2:2 hesablı heç-heçə edib.

Qrup mərhələsi iyunun 11-dən 27-dək davam edəcək. Reqlamentə əsasən, hər qrupdan ilk iki yeri tutan komandalar və ən yaxşı üçüncü yerlər 1/8 final mərhələsinə vəsiqə qazanacaq.







Dünya çempionatı

"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı