6 avqust 2026. Cümə axşamı

İspaniya Səudiyyə Ərəbistanını darmadağın etdi


İspaniya Səudiyyə Ərəbistanını darmadağın etdi

2026-cı il futbol üzrə dünya çempionatının H qrupunda ikinci turun oyununda İspaniya və Səudiyyə Ərəbistanı milliləri üz-üzə gəliblər.

90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində yerləşən "Mersedes-Bens" stadionunda keçirilən qarşılaşma İspaniya yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 10-cu dəqiqədə İspaniya millisinin futbolçusu Lamin Yamal açıb. Bu qol gənc futbolçu üçün dünya çempionatları tarixində ilk qol olub.

Avropa təmsilçisinin üstünlüyünü 21-ci dəqiqədə Mikel Oyarzabal artırıb. Hücumçu cəmi üç dəqiqə sonra yenidən fərqlənərək hesabı 3:0-a çatdırıb.

Görüşdə son nöqtə 49-cu dəqiqədə qoyulub. Səudiyyə Ərəbistanı millisinin müdafiəçisi Həsən Əl-Təmbəkti topu öz qapısından keçirərək yekun hesabı müəyyənləşdirib - 4:0.

İki turdan sonra İspaniya millisi dörd xalla H qrupunun lideridir. Aktivində bir xal olan Səudiyyə Ərəbistanı isə sonuncu pillədə qərarlaşıb.

Üçüncü turda İspaniya millisi iyunun 27-də Uruqvayla qarşılaşacaq. Həmin gün Səudiyyə Ərəbistanı yığması Kabo-Verde millisi ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin son qalibi Argentina millisidir. Argentinalılar 2022-ci ildə keçirilən dünya çempionatının finalında Fransa yığması ilə əsas vaxtı 3:3 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında 4:2 hesabı ilə üstün olaraq çempionluq qazanıblar.







Dünya çempionatı

"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı