6 avqust 2026. Cümə axşamı

Qakpo van Persinin rekorduna şərik çıxdı


Qakpo van Persinin rekorduna şərik çıxdı

İngiltərənin "Liverpul" klubunun hücumçusu Kodi Qakpo dünya çempionatında növbəti uğurlu çıxışı ilə diqqət çəkib.

90deqiqe.Az xəbər verir ki, Niderland millisinin futbolçusu İsveç yığmasına qarşı keçirilən görüşdə fərqlənərək komandasının 5:1 hesablı böyük qələbəsində mühüm pay sahibi olub.

Bu qol Qakpo üçün dünya çempionatlarının qrup mərhələsində vurduğu beşinci qol olub. Beləliklə, o, Niderland millisinin əfsanəvi futbolçularından Robin van Persiyə məxsus rekordu təkrarlayıb.

Qeyd edək ki, hazırkı dünya çempionatı Qakponun karyerasında ikinci mundialdır. Buna baxmayaraq, o, artıq ölkə futbolunun tarixində ən məhsuldar oyunçular sırasında yer almağı bacarıb.

Xatırladaq ki, Niderland millisi dünya çempionatının qalibi olmasa da, üç dəfə finala yüksəlib. Komanda 1974, 1978 və 2010-cu illərdə həlledici qarşılaşmada iştirak etsə də, çempionluq arzusunu reallaşdıra bilməyib.







Dünya çempionatı

"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı