22 iyun 2026. Bazar ertəsi

Dünya çempionatında hər kəsi aldadan epizod yaşandı - FOTOLAR


Dünya çempionatında hər kəsi aldadan epizod yaşandı - FOTOLAR

2026-cı il futbol üzrə dünya çempionatının F qrupunda Yaponiya və Tunis milliləri arasında keçirilən qarşılaşmada diqqətçəkən epizod yaşanıb.

90deqiqe.Az xəbər verir ki, görüşün 10-cu dəqiqəsində baş verən hadisə milyonlarla tamaşaçı arasında böyük müzakirələrə səbəb olub.

Monterrey stadionunda keçirilən oyunda Yaponiya millisinin hücumçusu Ayase Uedanın cərimə meydançasının sol cinahından vurduğu zərbədən sonra top müdafiəçiyə dəyərək qapıya istiqamətlənib. Lakin Tunis millisinin qapıçısı Aymen Dahmen son anda topu uzaqlaşdırmağı bacarıb.

İlk baxışdan Dahmenin topu qapı xəttini keçdikdən sonra çıxardığı təsiri yaransa da, xüsusi sensorlarla təchiz olunmuş top və qapı xətti texnologiyası bunun əksini göstərib. Təkrar görüntülərdən məlum olub ki, top qapı xəttini millimetrlərlə keçməyib və qol qeydə alınmayıb.

Qarşılaşma Yaponiya millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Yaponiya xallarının sayını dördə çatdıraraq qrupda ikinci pilləyə yüksəlib. Hesabında xal olmayan Tunis millisi isə pley-off mərhələsinə yüksəlmək şansını itirib.







Dünya çempionatı

“İndi turnirdə həqiqətən varıq”
  • Dünya çempionatı
  • 23:20 21.06.2026
“İndi turnirdə həqiqətən varıq”
“Meydanda istədiyimizi etdik”
  • Dünya çempionatı
  • 23:08 21.06.2026
“Meydanda istədiyimizi etdik”
“Əsas olan komandanın uğurudur”
  • Dünya çempionatı
  • 22:54 21.06.2026
“Əsas olan komandanın uğurudur”
“Qolumu yaxınlarıma həsr edirəm”
  • Dünya çempionatı
  • 22:50 21.06.2026
“Qolumu yaxınlarıma həsr edirəm”
Oyarzabal matçın ən yaxşısı seçildi
  • Dünya çempionatı
  • 22:36 21.06.2026
Oyarzabal matçın ən yaxşısı seçildi