6 avqust 2026. Cümə axşamı

Oyarzabal matçın ən yaxşısı seçildi


Oyarzabal matçın ən yaxşısı seçildi

İspaniya millisinin hücumçusu Mikel Oyarzabal 2026-cı il futbol üzrə dünya çempionatının H qrupunun ikinci tur oyununda matçın ən yaxşı oyunçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, İspaniya yığması Səudiyyə Ərəbistanı millisini 4:0 hesabı ilə məğlub edib. Qarşılaşma ABŞ-nin Atlanta şəhərində yerləşən “Mersedes-Bens” stadionunda keçirilib.

Oyunun 10-cu dəqiqəsində Oyarzabal Lamin Yamalın fərqləndiyi epizodda məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu daha sonra 21 və 24-cü dəqiqələrdə fərqlənərək dubl edib.

Qeyd edək ki, İspaniya millisi növbəti oyunda 27 iyun tarixində Uruqvayla qarşılaşacaq.

Dünya çempionatının qrup mərhələsi 11–27 iyun tarixlərində davam edəcək. Komandalar qruplarda dairəvi sistemlə mübarizə aparır və hər biri üç oyun keçirir. Reqlamentə əsasən, hər qrupdan ilk iki yeri tutan komandalar və ən yaxşı nəticə göstərən səkkiz üçüncü yer sahibi pley-off mərhələsinə yüksələcək.







Dünya çempionatı

"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı