6 avqust 2026. Cümə axşamı

“Qolumu yaxınlarıma həsr edirəm”


“Qolumu yaxınlarıma həsr edirəm”

İspaniya millisinin vingeri Lamin Yamal 2026-cı il dünya çempionatında vurduğu ilk qolu yaxınlarına həsr edib.

90deqiqe.Az xəbər verir ki, 18 yaşlı futbolçu Səudiyyə Ərəbistanı ilə qrup mərhələsinin ikinci tur oyununda fərqlənib. Qarşılaşma İspaniya millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbolçu matçdan sonra jurnalistlərə açıqlamasında qolunu ailəsinə və yaxınlarına həsr etdiyini bildirib:

“Qolumu anam, sevgilim, dostlarım və burada olan bütün yaxınlarıma həsr edirəm”, – deyə Yamal qeyd edib.

Hazırkı turnirdə Yamal iki oyunda meydana çıxıb və bir qol vurub. İspaniya millisi qrup mərhələsinin son turunda Uruqvayla qarşılaşacaq. Görüşün 27 iyun tarixində keçirilməsi planlaşdırılır. Hakimin start fiti Bakı vaxtı ilə saat 03:00-da səslənəcək.







Dünya çempionatı

"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı