22 iyun 2026. Bazar ertəsi

“Əsas olan komandanın uğurudur”


“Əsas olan komandanın uğurudur”

İspaniya millisinin hücumçusu Mikel Oyarzabal dünya çempionatında Səudiyyə Ərəbistanı üzərində qazanılan qələbəni şərh edib.

90deqiqe.Az xəbər verir ki, "AS" nəşri futbolçunun dediklərini belə çatdırıb.

“Çox sevinirik ki, oyunun gedişatını dəyişə bildik. Həm oyunumuzdan, həm də qələbədən razıyıq”

O, fərdi göstəricilərdən çox komandanın nəticəsini ön planda tutduğunu vurğulayıb:

“Sevinirəm ki, komandaya kömək edə bildim. Əvvəlki oyunda topu daha az qəbul edirdim və oyunun mərkəzində deyildim. Bu dəfə hər şey daha yaxşı alındı. Mən həmişə ilk növbədə komandanın nəticəsi barədə düşünürəm”

Futbolçu oyunun gedişində əvəzlənməsinə də münasibət bildirib:

“Hər şey qaydasındadır. Məşqçi adətən olduğu kimi, digər futbolçulara da şans verdi”.

Qeyd edək ki, qrup mərhələsinin ikinci turunda keçirilən qarşılaşma İspaniya millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün əsas qəhrəmanlarından biri olan Oyarzabal oyunda dubla imza atıb, məhsuldar ötürmə verib və bir epizodda topu qapının tirlərinə vurub.

Qrupda iki turdan sonra İspaniya 4 xalla liderdir. Uruqvay və Kabo-Verde 1 xalla növbəti oyunlarını gözləyir. Səudiyyə Ərəbistanının da aktivində 1 xal var.







Dünya çempionatı

“İndi turnirdə həqiqətən varıq”
  • Dünya çempionatı
  • 23:20 21.06.2026
“İndi turnirdə həqiqətən varıq”
“Meydanda istədiyimizi etdik”
  • Dünya çempionatı
  • 23:08 21.06.2026
“Meydanda istədiyimizi etdik”
“Əsas olan komandanın uğurudur”
  • Dünya çempionatı
  • 22:54 21.06.2026
“Əsas olan komandanın uğurudur”
“Qolumu yaxınlarıma həsr edirəm”
  • Dünya çempionatı
  • 22:50 21.06.2026
“Qolumu yaxınlarıma həsr edirəm”
Oyarzabal matçın ən yaxşısı seçildi
  • Dünya çempionatı
  • 22:36 21.06.2026
Oyarzabal matçın ən yaxşısı seçildi