6 avqust 2026. Cümə axşamı

“İndi turnirdə həqiqətən varıq”


“İndi turnirdə həqiqətən varıq”

İspaniya millisinin vingeri Lamin Yamal dünya çempionatının ikinci turunda Səudiyyə Ərəbistanına qarşı 4:0 hesablı qələbəni dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, 18 yaşlı futbolçu matçdan sonra komandasının ilk oyundakı uğursuz çıxışına toxunub:

“İlk oyun bizim üçün heç də istədiyimiz kimi alınmadı, amma indi biz turnirdə həqiqətən varıq və daha böyük nəticələr əldə etmək niyyətindəyik. Bu dəfə hər şey istədiyimiz kimi oldu: 3:0 önə keçdik və bu mənə də dincəlmək imkanı verdi, ona görə də hər şey ideal idi. Qalib gəlməli olduğun halda heç-heçə etmək çox ağır təsir edir. Bu, bizi çox düşündürdü və bu oyuna tam istədiyimiz kimi hazırlaşmağımıza kömək etdi”, – deyə futbolçu bildirib.

İspaniya millisi hazırda 4 xalla qrupda liderdir. Komanda iyunun 27-də keçiriləcək son turda Uruqvayla qarşılaşacaq.







Dünya çempionatı

"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı