6 avqust 2026. Cümə axşamı

İran start heyəti ilə rekord müəyyənləşdirdi


İran start heyəti ilə rekord müəyyənləşdirdi

İran milli komandası dünya çempionatları tarixində ən yaşlı start heyəti ilə meydana çıxıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Opta Sports” teleqram kanalı məlumat yayıb.

Qrup mərhələsinin ikinci turunda Belçika ilə keçirilən görüşdə İran millisinin start heyətinin orta yaşı 32 yaş 181 gün təşkil edib.

Hazırda davam edən qarşılaşmada hesab 0:0-dır.

Qeyd olunub ki, İran yığmasının start heyətində ən gənc futbolçu 27 yaşlı “Rostov” klubunun hücumçusu Məhəmməd Möhəbi olub.

G qrupunda ilk turdan sonra bütün komandaların aktivində bir xal var.

Turnirin üçüncü turunda Belçika Yeni Zelandiya ilə, İran isə Misirlə qarşılaşacaq. Hər iki oyun 27 iyun tarixində keçiriləcək.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Yarışın hazırkı qalibi Argentina millisidir.







Dünya çempionatı

"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı