6 avqust 2026. Cümə axşamı

Belçika – İran oyunu qolsuz heç-heçə ilə bitdi


Belçika – İran oyunu qolsuz heç-heçə ilə bitdi

2026-cı il futbol üzrə dünya çempionatının G qrupunun ikinci turunda Belçika və İran milliləri qarşılaşıb. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

90deqiqe.Az xəbər verir ki, oyun ABŞ-nin İngelvud şəhərində yerləşən “So-Fi” stadionunda keçirilib. Qarşılaşmanı argentinalı hakim Dario Errera idarə edib.

Matçın 25-ci dəqiqəsində Mehdi Taremi fərqlənsə də, video köməkçi hakimin müdaxiləsindən sonra qol ləğv olunub.

67-ci dəqiqədə isə Belçika millisinin futbolçusu Natan Nqoy meydandan qırmızı vərəqə alaraq qovulub.

Bu oyundan sonra Belçika və İranın aktivində 2 xal var. Yeni Zelandiya və Misir millilərinin isə 1 xalı mövcuddur. Həmin komandalar 22 iyun tarixində üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürəcək.

Qrupun üçüncü turunda Belçika Yeni Zelandiya ilə, İran isə Misirlə qarşılaşacaq. Hər iki oyun 27 iyun tarixində keçiriləcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin hazırkı qalibi Argentina millisidir.







Dünya çempionatı

"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı