6 avqust 2026. Cümə axşamı

İspaniya millisinin gənc müdafiəçisi rekord göstərici ilə diqqət çəkdi


İspaniya millisinin gənc müdafiəçisi rekord göstərici ilə diqqət çəkdi

İspaniya millisinin mərkəz müdafiəçisi Pau Kubarsi dünya çempionatında ötürmələrinin dəqiqliyi ilə diqqət çəkir.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Sofascore” statistik portalı məlumat yayıb.

19 yaşlı futbolçu Kabo-Verde ilə 0:0 hesablı oyunda 109 ötürmədən 107-ni dəqiq yerinə yetirib. Səudiyyə Ərəbistanı ilə 4:0 hesablı qarşılaşmada isə 99 ötürmədən 98-i ünvanına çatıb.

Beləliklə, Kubarsinin qrup mərhələsində iki oyuna görə ötürmə dəqiqliyi 98,55 faiz təşkil edir. Turnirdə ən azı 100 ötürmə edən 76 futbolçu arasında İspaniya millisinin müdafiəçisi ən az səhv edən oyunçudur.

Qeyd edək ki, İspaniya millisi 27 iyun tarixində qrup mərhələsinin üçüncü turunda Uruqvayla qarşılaşacaq.







Dünya çempionatı

"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı