1 oktyabr 2026. Cümə axşamı

Messi dünya çempionatları tarixində ən çox penalti qaçıran futbolçu oldu


Messi dünya çempionatları tarixində ən çox penalti qaçıran futbolçu oldu

Argentina millisi dünya çempionatının qrup mərhələsinin ikinci turunda Avstriya yığması ilə qarşılaşır.

90deqiqe.Az xəbər verir ki, oyunun ilk hissəsində Argentina komandasının kapitanı Lionel Messi təyin olunan onbir metrlik cərimə zərbəsindən yararlana bilməyib. Ulduz futbolçunun zərbəsindən sonra top qapının sağ tərəfindən kənara çıxıb.

Statistika üzrə ixtisaslaşmış mütəxəssislərin məlumatına görə, Messi dünya çempionatları tarixində ən çox onbir metrlik cərimə zərbəsi yerinə yetirən (7) və ən çox belə imkanı qaçıran (3) futbolçudur.

Beləliklə, argentinalı hücumçu dünya çempionatları tarixində üç onbir metrlik cərimə zərbəsini qola çevirə bilməyən ilk futbolçu kimi arzuolunmaz rekorda sahib çıxıb.

Hazırda mundiallar tarixində üç onbir metrlik cərimə zərbəsini boşa verən başqa futbolçu yoxdur.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər