1 oktyabr 2026. Cümə axşamı

Argentina Avstriyanı məğlub etdi, Messi dubla imza atdı


Argentina Avstriyanı məğlub etdi, Messi dubla imza atdı

2026-cı il futbol üzrə dünya çempionatının J qrupunda ikinci turun Argentina – Avstriya oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Texas ştatının Arlinqton şəhərində yerləşən stadionda keçirilən qarşılaşmanı Misirdən olan hakim Əmin Ömər idarə edib. Görüş Argentina millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 9-cu dəqiqəsində Argentina yığmasının hücumçusu Lionel Messi Lautaro Martinesə qarşı qayda pozuntusuna görə təyin olunan onbir metrlik cərimə zərbəsindən yararlana bilməyib. Buna baxmayaraq, Messi 39-cu dəqiqədə hesabı açaraq komandasını önə keçirib.

Görüşün əsas vaxta əlavə olunmuş beşinci dəqiqəsində isə argentinalı ulduz ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib – 2:0.

İki turdan sonra Argentina millisi altı xalla J qrupunun lideridir. Avstriya yığması isə üç xalla ikinci pillədə qərarlaşıb.

Üçüncü turda Argentina millisi iyunun 28-də İordaniya ilə üz-üzə gələcək. Həmin gün Avstriya yığması Əlcəzairlə qarşılaşacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin son qalibi Argentina millisidir. Argentinalılar 2022-ci il dünya çempionatının finalında Fransa yığması ilə qarşılaşaraq əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında 4:2 hesablı üstünlüklə qələbə qazanıblar.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər