8 avqust 2026. Şənbə

Portuqaliya Özbəkistanı meydandan məyus yola saldı


Portuqaliya Özbəkistanı meydandan məyus yola saldı

2026-cı il futbol üzrə dünya çempionatının K qrupunda II turun Portuqaliya – Özbəkistan oyunu başa çatıb.

 90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Hyuston şəhərində yerləşən "NRG Stadium"da keçirilən qarşılaşmanı mərakeşli baş hakim Cəlal Cayed idarə edib.

Görüş Portuqaliya millisinin 5:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 6-cı dəqiqədə Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu açıb. Komanda yoldaşı Nunu Mendeş 17-ci dəqiqədə fərqi iki topa çatdırıb.

29-cu dəqiqədə Özbəkistan millisinin müdafiəçisi Əzizjon Qəniyevin vurduğu qol videoyardım sisteminin müdaxiləsindən sonra qeydə alınmayıb. Buna səbəb Abbosbek Fayzullayevin Joau Kanseluya qarşı qayda pozuntusu etməsi olub.

39-cu dəqiqədə Kriştianu Ronaldu özünün ikinci qolunu vuraraq hesabı 3:0-a çatdırıb. Oyunun 60-cı dəqiqəsində Özbəkistan millisinin qapıçısı Abduvohid Nematov topu öz qapısından keçirib. Qarşılaşmada son nöqtəni isə 87-ci dəqiqədə Rafael Leau qoyub – 5:0.

İki turdan sonra Portuqaliya millisi 4 xalla K qrupunun lideridir. Xal qazana bilməyən Özbəkistan yığması isə sonuncu – dördüncü pillədə qərarlaşıb.

Qrup mərhələsinin son turunda Portuqaliya millisi iyunun 28-də Kolumbiya ilə qarşılaşacaq. Həmin gün Özbəkistan yığması Konqo Demokratik Respublikası ilə üz-üzə gələcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin son qalibi Argentinadır. Argentina millisi 2022-ci ildə keçirilən final görüşündə Fransa yığması ilə əsas vaxtı 3:3 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"