8 avqust 2026. Şənbə

"Turnirdə irəliləmək üçün belə oyunlar vacibdir"


"Turnirdə irəliləmək üçün belə oyunlar vacibdir"

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines 2026-cı il dünya çempionatının K qrupunda II turun Özbəkistana qarşı keçirilən və 5:0 hesabı ilə başa çatan oyundan sonra fikirlərini bölüşüb.

 90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Hyuston şəhərində yerləşən "NRG Stadium"da baş tutan qarşılaşmadan sonra mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib.

"Komandanın soyunub-geyinmə otağında məhz belə reaksiyasını gördük. Turnirdə irəliləmək üçün bəzən ilk oyunumuz kimi qarşılaşmalar da lazımdır. Bu gün isə eyni əzmkarlığa və fədakarlığa malik, lakin daha yetkin bir komanda izlədik. Çünki bu, artıq ilk matç deyildi. Nəticədən çox məmnunam", - deyə Roberto Martines vurğulayıb.

Qeyd edək ki, Portuqaliya millisi dünya çempionatının ilk turunda Konqo Demokratik Respublikası yığması ilə qarşılaşıb. Həmin görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"