24 iyun 2026. Çərşənbə

Kriştiano Ronaldo Portuqaliya futbol tarixində yeni rekorda imza atdı


Kriştiano Ronaldo Portuqaliya futbol tarixində yeni rekorda imza atdı

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatları tarixində ölkəsinin ən məhsuldar futbolçusu olub.

 90deqiqe.Az xəbər verir ki, 2026-cı il dünya çempionatının K qrupunda Özbəkistana qarşı keçirilən II tur oyununda dubla imza atan təcrübəli forvard yeni rekorda yiyələnib.

ABŞ-nin Hyuston şəhərində yerləşən "NRG Stadium"da keçirilən qarşılaşmada Ronaldonun vurduğu qollar onun dünya çempionatlarındakı ümumi qol sayını 10-a çatdırıb.

Bununla da 40 yaşlı futbolçu Portuqaliya millisinin əfsanəvi hücumçusu Eusebionu geridə qoyub. Eusebio dünya çempionatlarında doqquz qolla ölkəsinin ən yaxşı bombardiri hesab olunurdu.

Özbəkistanın qapısına yol tapmaqla Kriştiano Ronaldo daha bir tarixi nailiyyətə imza atıb. O, dünya çempionatlarının altı fərqli final mərhələsində qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Ronaldonun qolları 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı il dünya çempionatlarında qeydə alınıb.







Dünya çempionatı

FİFA prezidenti Ronaldonu təbrik etdi
  • Dünya çempionatı
  • 01:18 24.06.2026
FİFA prezidenti Ronaldonu təbrik etdi
Neymar ən yaxşı fiziki formasına qayıtdı
  • Dünya çempionatı
  • 00:38 24.06.2026
Neymar ən yaxşı fiziki formasına qayıtdı
“İnsanlar unutmasın”
  • Dünya çempionatı
  • 00:31 24.06.2026
“İnsanlar unutmasın”
Didye Deşamın ailəsində ağır itki
  • Dünya çempionatı
  • 00:26 24.06.2026
Didye Deşamın ailəsində ağır itki
"Komandamı günahlandıra bilmərəm"
  • Dünya çempionatı
  • 00:06 24.06.2026
"Komandamı günahlandıra bilmərəm"