- Dünya çempionatı
- 01:18 24.06.2026
Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro Portuqaliyaya 0:5 hesabı ilə uduzduqları 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci tur oyunundan sonra fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis komandasının mübarizəsindən razı qaldığını bildirib.
"Komandamı heç nədə günahlandıra bilmərəm. Aramızdakı səviyyə fərqi çox böyük idi. Portuqaliya kimi rəqibdən ilk 10 dəqiqədə qol buraxdıqda, oyunun davamı çox çətin keçir. Dünya çempionatında iştirak təcrübəsi bizim üçün olduqca dəyərlidir. Hesab böyük olsa da, futbolçularımın mübarizəni dayandırmadığını gördüm. Buna görə çox xoşbəxtəm", - deyə Kannavaro oyundan sonrakı müsahibəsində bildirib.
Qeyd edək ki, Özbəkistan millisi qrup mərhələsinin son turunda Konqo Demokratik Respublikası yığması ilə qarşılaşacaq.