8 avqust 2026. Şənbə

"Ronaldonun yalnız qolları deyil, yaratdığı imkanlar da önəmlidir"


"Ronaldonun yalnız qolları deyil, yaratdığı imkanlar da önəmlidir"

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Özbəkistan üzərində qazanılan 5:0 hesablı qələbədən sonra Kriştiano Ronaldonun çıxışını yüksək qiymətləndirib.

 90deqiqe.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis hücumçunun meydandakı fəaliyyətini mərkəz hücumçusu üçün nümunə adlandırıb.

"Kriştianonun cərimə meydançasındakı hərəkətləri mərkəz hücumçusunun oyununun ən yaxşı nümunəsidir. Bu gün onun səyləri nəticəsində top qapı torunda oldu. Lakin daha vacib məqam odur ki, o, matçın son dəqiqələrinə qədər komanda yoldaşları üçün qol imkanları yaratmağa davam etdi. Məni ən çox təsirləndirən də məhz budur", - deyə Roberto Martines bildirib.

Qeyd edək ki, Kriştiano Ronaldo Özbəkistanla qarşılaşmada iki qol vuraraq komandasının böyükhesablı qələbəsində əsas pay sahiblərindən biri olub.

İki turdan sonra Portuqaliya millisi dörd xalla K qrupuna başçılıq edir. Komanda iyunun 28-də keçiriləcək son tur oyununda Kolumbiya yığması ilə qarşılaşacaq.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"