24 iyun 2026. Çərşənbə

Harri Keyn İngiltərə millisində Bekhemi geridə qoydu


Harri Keyn İngiltərə millisində Bekhemi geridə qoydu

İngiltərə millisinin kapitanı və hücumçusu Harri Keyn Qana yığmasına qarşı keçiriləcək oyuna start heyətində başlayıb.

90deqiqe.Az xəbər verir ki, qarşıdakı görüş təcrübəli futbolçu üçün İngiltərə millisində 116-cı oyun olub.

Bununla da Harri Keyn milli komandada keçirdiyi oyun sayına görə Devid Bekhemi geridə qoyub. Bekhem İngiltərə yığmasının heyətində 115 matçda meydana çıxıb.

Bu göstəricidə Keyndən irəlidə yalnız Ueyn Runi və Piter Şilton yer alırlar. Runi milli komandada 120, Şilton isə 125 oyun keçirib.

Əgər İngiltərə millisi hazırkı dünya çempionatında dörddəbir finala yüksəlsə və Harri Keyn bütün görüşlərdə iştirak etsə, o, Ueyn Runinin rekorduna şərik olacaq. İngilislər yarımfinala vəsiqə qazanacağı təqdirdə isə hücumçu bu göstəricidə Runini geridə qoya bilər.

Qeyd edək ki, hazırda davam edən İngiltərə - Qana qarşılaşmasında hesab açılmayıb.







Dünya çempionatı

FİFA prezidenti Ronaldonu təbrik etdi
  • Dünya çempionatı
  • 01:18 24.06.2026
FİFA prezidenti Ronaldonu təbrik etdi
Neymar ən yaxşı fiziki formasına qayıtdı
  • Dünya çempionatı
  • 00:38 24.06.2026
Neymar ən yaxşı fiziki formasına qayıtdı
“İnsanlar unutmasın”
  • Dünya çempionatı
  • 00:31 24.06.2026
“İnsanlar unutmasın”
Didye Deşamın ailəsində ağır itki
  • Dünya çempionatı
  • 00:26 24.06.2026
Didye Deşamın ailəsində ağır itki
"Komandamı günahlandıra bilmərəm"
  • Dünya çempionatı
  • 00:06 24.06.2026
"Komandamı günahlandıra bilmərəm"