25 sentyabr 2026. Cümə

Donald Tramp dünya çempionatının finalında mükafatlandırmada iştirak edəcək


Donald Tramp dünya çempionatının finalında mükafatlandırmada iştirak edəcək

ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının finalından sonra keçiriləcək mükafatlandırma mərasimində iştirak edəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib. O bildirib ki, dünya çempionatının kuboku qalib komandaya Donald Trampla birlikdə təqdim olunacaq.

“Biz prezidentlə birlikdə finaldan zövq alacağıq və təbii ki, qalibə kuboku birgə təqdim edəcəyik”

Qeyd edək ki, dünya çempionatının final oyunu 19 iyul, bazar günü keçiriləcək.

Xatırladaq ki, hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci il finalında Argentina yığması Fransa ilə əsas vaxtı 3:3 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında qalib gələrək dünya çempionu olmuşdu.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər