8 avqust 2026. Şənbə

Didye Deşamın ailəsində ağır itki


Didye Deşamın ailəsində ağır itki

Fransa millisinin baş məşqçisi Didye Deşamın ailəsində ağır itki baş verib.

90deqiqe.Az xəbər verir ki, 2026-cı il dünya çempionatında ABŞ-də toplanan Fransa yığmasının çalışdırıcısı anasının vəfatı səbəbindən komandanın düşərgəsini tərk edəcək.

Məlumata görə, Deşam yaxınları ilə birlikdə olmaq və dəfn mərasimində iştirak etmək üçün ABŞ-ni tərk edəcək. O, iyunun 26-da Norveçə qarşı keçiriləcək qrup mərhələsinin son oyununda texniki zonada yer almayacaq.

Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo ilə razılaşdırılaraq, həmin qarşılaşmada komandaya müvəqqəti olaraq məşqçi köməkçisi Qüi Stefan rəhbərlik edəcək.

Bildirilir ki, Fransa millisinin üzvləri baş verən hadisədən dərin sarsıntı keçiriblər.

Qeyd edək ki, iki turdan sonra Fransa millisi 6 xalla I qrupuna başçılıq edir.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"