25 sentyabr 2026. Cümə

“İnsanlar unutmasın”


“İnsanlar unutmasın”

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2026-cı il dünya çempionatının K qrupunda Özbəkistana qarşı keçirilən II tur matçından (5:0) sonra etdiyi açıqlamaya münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, dublla yadda qalan təcrübəli forvard oyundan sonra dediyi “Mən qayıtdım” sözlərini belə izah edib.

“İnsanlar unutmasın”, - deyə Ronaldu sosial şəbəkədə yazdığı açıqlamada bildirib.

Qeyd edək ki, iki turdan sonra Portuqaliya millisi 4 xalla K qrupuna başçılıq edir. Özbəkistan yığması isə xal qazana bilməyərək sonuncu pillədə qərarlaşıb.

Qrupun III turunda Portuqaliya 28 iyunda Kolumbiya ilə qarşılaşacaq. Özbəkistan isə həmin gün Konqo Demokratik Respublikası ilə üz-üzə gələcək.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər