8 avqust 2026. Şənbə

FİFA prezidenti Ronaldonu təbrik etdi


FİFA prezidenti Ronaldonu təbrik etdi

Kriştiano Ronaldo futbol tarixində ilk dəfə olaraq altı dünya çempionatında qol vuran futbolçu olub.

90deqiqe.Az xəbər verir ki, Portuqaliya millisinin kapitanının bu tarixi nailiyyəti Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino tərəfindən də yüksək qiymətləndirilib.

“Bu, inanılmaz nailiyyətdir! Kriştiano Ronaldonu altı dünya çempionatında qol vuran ilk futbolçu olduğu üçün təbrik edirəm. Turnirin qalan hissəsində ona ən xoş arzularımı çatdırıram”, - deyə İnfantino sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, argentinalı Lionel Messi də altı dünya çempionatında iştirak edib, lakin 2010-cu il mundialında qol vura bilməyib. Buna baxmayaraq, Messinin dünya çempionatları tarixində ən çox qol vuran futbolçu rekordu (18 qol) var.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"