1 oktyabr 2026. Cümə axşamı

İngiltərə Qana səddini aşa bilmədi


İngiltərə Qana səddini aşa bilmədi

2026-cı il futbol üzrə dünya çempionatının L qrupunda II turun İngiltərə – Qana oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Foksboro şəhərində yerləşən “Gillette Stadium”da keçirilən qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçı Hondurasdan olan referi Said Martines idarə edib.

Bu nəticədən sonra İngiltərə və Qana yığmaları 4 xalla qrupda ilk iki pilləni bölüşür. Xorvatiya və Panama isə hələlik xalsızdır. Həmin komandalar II turun digər oyununda qarşılaşacaqlar və görüş iyunun 24-də Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.

Qrupun III turunda İngiltərə Panama ilə, Qana isə Xorvatiya ilə üz-üzə gələcək. Hər iki oyun iyunun 28-də keçiriləcək.

Qeyd edək ki, dünya çempionatının hazırkı qalibi Argentinadır. 2022-ci il finalında Argentina Fransa ilə əsas vaxtı 3:3 hesabı ilə başa çatan matçda penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər