1 oktyabr 2026. Cümə axşamı

Xorvatiya Panamanın qrupdan çıxmaq ümidlərini puça çıxardı


Xorvatiya Panamanın qrupdan çıxmaq ümidlərini puça çıxardı

Futbol üzrə dünya çempionatının L qrupunda II turun növbəti oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki, Kanadanın Toronto şəhərində baş tutan qarşılaşmada Xorvatiya millisi Panama üzərində minimal hesablı qələbə qazanıb. Gərgin mübarizə şəraitində keçən matçın taleyini bir qol həll edib.

Avropa təmsilçisinin heyətində yeganə qolu 54-cü dəqiqədə Ante Budimir vurub. Təcrübəli hücumçunun dəqiq zərbəsi Xorvatiyaya vacib üç xal qazandırıb.

Bu nəticədən sonra Panama millisi qrup mərhələsini adlamaq şansını rəsmən itirib. Mərkəzi Amerika təmsilçisi son tur öncəsi pley-off uğrunda mübarizədən kənarda qalıb.

Qrupun digər görüşündə isə İngiltərə və Qana milliləri üz-üzə gəliblər. Komandalar çoxsaylı hücum cəhdlərinə baxmayaraq qapılara yol tapa bilməyiblər və matç qolsuz bərabərliklə yekunlaşıb – 0:0.

Beləliklə, L qrupunda son turun oyunları öncəsi pley-off uğrunda mübarizə daha da gərgin xarakter alıb. Xorvatiya vacib qələbə sayəsində növbəti mərhələyə yüksəlmək şanslarını artırıb, Panama isə mundialla erkən vidalaşıb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər