8 avqust 2026. Şənbə

Munyos Kolumbiyaya qələbə qazandırdı


Munyos Kolumbiyaya qələbə qazandırdı

Futbol üzrə dünya çempionatında K qrupunun II turunun oyunları davam edir.

90deqiqe.Az xəbər verir ki, Meksikanın Qvadalaxara şəhərində yerləşən stadionda keçirilən qarşılaşmada Kolumbiya millisi Konqo Demokratik Respublikası üzərində minimal hesablı qələbə qazanıb. Gərgin və mübarizəli keçən oyunda qalibi bir qol müəyyənləşdirib.

Cənubi Amerika təmsilçisinin heyətində qələbə qolunu 76-cı dəqiqədə Daniel Munyos vurub. Müdafiəçinin dəqiq zərbəsi komandasına vacib üç xal qazandırıb.

Qrupun digər matçında isə Portuqaliya millisi Özbəkistanı darmadağın edib. Avropa təmsilçisi rəqibini 5:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmək yolunda ciddi addım atıb.

Beləliklə, ardıcıl ikinci qələbəsini qazanan Kolumbiya xallarının sayını altıya çatdıraraq K qrupunda vahid lider mövqeyinə yüksəlib. Konqo Demokratik Respublikası isə növbəti mərhələyə vəsiqə uğrunda mübarizəni çətinləşdirib.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"