14 avqust 2026. Cümə

İsveçrə Kanadanı məğlub edərək 1/8 finala yüksəldi


İsveçrə Kanadanı məğlub edərək 1/8 finala yüksəldi

Futbol üzrə 2026-cı il dünya çempionatının B qrupunun üçüncü turunda İsveçrə və Kanada yığmaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Kanadanın Vankuver şəhərində yerləşən “Bi-Si Pleys” stadionunda keçirilən qarşılaşmanı braziliyalı hakim Ramon Abatti idarə edib. Görüşdə Avropa təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.

Matçda hesab 46-cı dəqiqədə İsveçrə millisinin vingeri Ruben Vargasın cərimə meydançasına ötürmədən sonra vurduğu qolla açılıb. 57-ci dəqiqədə yarımmüdafiəçi Yohann Manzambi fərqi iki topa çatdırıb. 76-cı dəqiqədə isə Kanada millisinin hücumçusu Promis Devid bir qolu geri qaytarıb.

Bu nəticədən sonra İsveçrə yığması xallarının sayını 7-yə yüksəldərək dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Kanadanın hesabında isə 4 xal qalıb.

Qrupun digər komandaları Bosniya və Herseqovina və Qətər milliləridir.







Dünya çempionatı