9 avqust 2026. Bazar günü

Bosniya və Herseqovina Qətərə qalib gəlib


Bosniya və Herseqovina Qətərə qalib gəlib

Futbol üzrə 2026-cı il dünya çempionatının B qrupunda Bosniya və Herseqovina və Qətər milliləri arasında qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, ABŞ-ın Sietl şəhərində yerləşən “Lümen Fild” stadionunda keçirilən oyunu venesuelalı hakim Xesus Valensuela idarə edib. Matç Bosniya və Herseqovina 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bosniya və Herseqovina millisinin yarımmüdafiəçisi Ermin Maxmiç 81-ci dəqiqədə fərqlənərək komandasının üçüncü qolunu vurub.

Matçda hesab 29-cu dəqiqədə Kerim-Sem Alaybqoviçin qolu ilə açılıb. 34-cü dəqiqədə Qətər millisinin müdafiəçisi Sultan Al-Braqe topu öz qapısına göndərib. Qətər millisinin hücumçusu Həsən Al-Haydos isə 42-ci dəqiqədə fərqi azaldıb.

Hazırda Qətər millisi qrupda dördüncü pillədə qərarlaşıb və iki oyundan cəmi 1 xal toplayıb. Bosniya və Herseqovina isə 3-cü yerdədir və aktivində 1 xal var. Qrupun lideri isə 4 xalla Kanada millisidir.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və 11 iyun – 19 iyul tarixlərini əhatə edir. Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci ildə Qətərdə keçirilən finalda Argentina Fransa ilə qarşılaşıb və əsas vaxtı 3:3 bitən oyunda penaltilərdə 4:2 hesabı ilə qalib gəlib.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər