25 iyun 2026. Cümə axşamı

Klublararası dünya çempionatı 48 komandalıq formatda keçirilə bilər


Klublararası dünya çempionatı 48 komandalıq formatda keçirilə bilər

Futbol üzrə Beynəlxalq Federasiyası (FIFA) ilə Avropa Klublar Assosiasiyası (EFC) 2029-cu ildə keçiriləcək klublararası dünya çempionatının iştirakçı sayının 32-dən 48-ə çatdırılması imkanını müzakirə edir.

90deqiqe.Az-ın məlumatına görə, ötən il klublararası dünya çempionatının qalibi olan "Çelsi"nin turnirdən təxminən 84 milyon funt-sterlinq gəlir əldə etməsindən sonra Avropanın aparıcı klubları yarışın genişləndirilməsi təşəbbüsü ilə çıxış ediblər. Məqsəd daha çox komandanın turnirə vəsiqə qazanmasına şərait yaratmaqdır.

Hazırkı qaydalara əsasən, yarışa vəsiqə dörd əvvəlki Çempionlar Liqası qalibi və UEFA reytinqində ən yüksək göstəriciyə malik səkkiz klub arasında bölüşdürülürdü. Bu səbəbdən həmin dövrdə İngiltərə, İspaniya və İtaliya çempionları olan "Liverpul", "Barselona" və "Napoli" turnirdə iştirak edə bilməmişdilər.

Bundan əlavə, hər ölkədən maksimum iki klubun iştirakına icazə verilməsi də bəzi aparıcı komandaların yarışdan kənarda qalmasına səbəb olmuşdu. Hazırda bu məhdudiyyətin ləğvi variantı nəzərdən keçirilir.

Belə bir qərarın qəbul olunacağı təqdirdə, xüsusilə İngiltərə Premyer Liqasının təmsilçiləri üçün əlavə imkanlar yarana bilər. UEFA reytinqində ilk səkkizliyə daxil olan "Arsenal", "Liverpul" və "Mançester Siti"nin gələcəkdə turnirdə iştirak şanslarının artacağı bildirilir.







Dünya çempionatı

Neymar Messi ilə münasibətlərindən danışdı
  • Dünya çempionatı
  • 23:14 25.06.2026
Neymar Messi ilə münasibətlərindən danışdı
Bosniya və Herseqovina Qətərə qalib gəlib
  • Dünya çempionatı
  • 01:03 25.06.2026
Bosniya və Herseqovina Qətərə qalib gəlib