25 sentyabr 2026. Cümə

Patrik Şik Çexiya millisindəki karyerasını başa vurdu


Patrik Şik Çexiya millisindəki karyerasını başa vurdu

Çexiya millisinin hücumçusu Patrik Şik yığmadakı karyerasını başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Avropa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qərar Çexiya millisinin 2026-cı il dünya çempionatındakı uğursuz çıxışından bir gün sonra açıqlanıb.

Xatırladaq ki, Çexiya yığması qrup mərhələsini A qrupunda sonuncu pillədə başa vurub. Komanda üç oyunda cəmi bir xal toplayaraq turnirlə erkən vidalaşıb.

30 yaşlı hücumçu dünya çempionatında gözləntiləri doğrultmayıb. O, turnir ərzində nə fərqlənə bilib, nə də məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda Almaniyanın "Bayer" klubunun formasını geyinən Patrik Şik ilk dəfə 2016-cı ildə Çexiya millisinin heyətində meydana çıxıb. Təcrübəli forvard yığmanın heyətində keçirdiyi 56 oyunda 26 qola imza atıb və altı məhsuldar ötürmə verib.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər