18 iyul 2026. Şənbə

Neymar Messi ilə münasibətlərindən danışdı


Neymar Messi ilə münasibətlərindən danışdı

Braziliya millisinin hücumçusu Neymar Lionel Messi haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, vaxtilə həm "Barselona", həm də PSJ-də Messi ilə eyni komandada çıxış edən braziliyalı futbolçu argentinalı ulduzun yalnız meydanda deyil, meydandan kənarda da nümunəvi insan olduğunu vurğulayıb.

"Leo meydandan kənarda daha da yaxşı insandır. Hamı onun meydandakı keyfiyyətlərini bilir, amma meydandan kənarda necə biri olduğunu təsəvvür edin. Onunla tanış olduğum və birlikdə oynadığım üçün çox xoşbəxtəm. O, əla dostdur. Tez-tez ünsiyyətdə oluruq, son günlərdə də danışmışıq. O bilir ki, ona nə qədər böyük hörmət bəsləyirəm", - deyə Neymar bildirib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında həm Argentina, həm də Braziliya milliləri qruplarında birinci yeri təmin ediblər. Braziliya yığması bunu qrup mərhələsinin üçüncü turundan sonra bacarıb, Argentina isə ilk iki oyundan sonra liderliyini rəsmiləşdirib.

Hazırda hər iki komanda pley-off mərhələsindəki ilk rəqibini gözləyir.







Dünya çempionatı

"O, artıq gənc əfsanədir"
  • Dünya çempionatı
  • 23:24 17.07.2026
"O, artıq gənc əfsanədir"
"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"