10 avqust 2026. Bazar ertəsi

Mərakeşli futbolçu dünya çempionatında rekord qırdı


Mərakeşli futbolçu dünya çempionatında rekord qırdı

Mərakeş millisinin futbolçusu İsmayıl Saybari dünya çempionatında yeni tarixi nailiyyətə imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçunun uğuru bununla məhdudlaşmır. O, həmçinin dünya çempionatlarının qrup mərhələsində ardıcıl üç oyunda fərqlənən ilk afrikalı futbolçu kimi tarixə düşüb.

Bununla yanaşı, İsmayıl Saybari 2010-cu ildən sonra dünya çempionatında üç qol vuran ilk afrikalı oyunçu olub. Sonuncu dəfə buna Qana millisinin sabiq hücumçusu Asamoa Qyan nail olmuşdu. Həmin mundialda Qana yığması yarımfinalın bir addımlığında dayanmışdı.

Mərakeş millisinin turnirdə mübarizəni davam etdirməsi Saybariyə rekordlarını daha da inkişaf etdirmək imkanı yaradır. O, növbəti mərhələlərdə fərqlənməyi bacaracağı təqdirdə Asamoa Gyanın göstəricisini geridə qoya və 1990-cı il dünya çempionatında parlayan Roje Millanın nailiyyətinə yaxınlaşa bilər.

Daha əvvəl xəbər verildiyi kimi, yarımmüdafiəçi dünya çempionatında ardıcıl üç oyunda qol vuran ilk mərakeşli futbolçu olub.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər