10 avqust 2026. Bazar ertəsi

"İtaliya millisi dünya çempionatında çatışmır"


"İtaliya millisi dünya çempionatında çatışmır"

Almaniya millisinin hücumçusu Kay Haverts dünya çempionatında İtaliya yığmasının iştirak etməməsindən təəssüfləndiyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, alman futbolçu qeyd edib ki, İtaliya millisinin yoxluğu turnirdə hiss olunur və o, "Skuadra Adzurra"nı mundialda görmək istərdi.

"İtaliya millisi dünya çempionatında çatışmır. Turnirdə nəsə əskikdir. Onları burada görmək istərdim", – deyə Haverts bildirib.

Qeyd edək ki, Almaniya və İtaliya milliləri dünya çempionatları tarixində bir-birinə qarşı bir sıra yaddaqalan qarşılaşmalar keçiriblər. Xüsusilə 1970, 1982 və 2006-cı illərdəki görüşlər futbol tarixinin ən maraqlı oyunları sırasında göstərilir.

Son illərdə dərin böhran yaşayan İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.

Xatırladaq ki, həm Almaniya, həm də İtaliya yığmaları dünya çempionatının dördqat qalibi statusuna malikdir.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər