- Dünya çempionatı
- 23:45 25.06.2026
Fransa millisinin yarımmüdafiəçisi Orelien Tçuameni dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Norveçə qarşı keçiriləcək oyun öncəsi komandanın əhval-ruhiyyəsindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu bildirib ki, qarşılaşma Fransa millisinin baş məşqçisi Didye Deşam üçün xüsusi əhəmiyyət daşıyacaq. Belə ki, Deşam anasının vəfatı səbəbindən oyunda komandanın yanında ola bilməyəcək.
"Fransa millisinin bütün üzvləri adından baş məşqçimizə və onun ailəsinə dərin hüznlə başsağlığı veririk. O, bizə bir missiya verib. Biz də əlimizdən gələni edəcəyik ki, onun bizimlə qürur duymasını təmin edək", – deyə Tçuameni bildirib.
Qeyd edək ki, Fransa millisi dünya çempionatında ilk iki turdan sonra altı xal toplayıb.
Fransa – Norveç qarşılaşması iyunun 26-da keçiriləcək. Hər iki komanda artıq pley-off mərhələsinə vəsiqəni təmin edib. Tərəflər bu görüşdə I qrupunda birinci yer uğrunda mübarizə aparacaqlar.