10 avqust 2026. Bazar ertəsi

Palmer dünya çempionatından kənarda qalmasına münasibət bildirdi


Palmer dünya çempionatından kənarda qalmasına münasibət bildirdi

"Çelsi"nin yarımmüdafiəçisi Kol Palmer 2026-cı il dünya çempionatı üçün İngiltərə millisinin heyətinə daxil edilməməsi ilə bağlı ilk dəfə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu baş məşqçi Tomas Tuxelin qərarına anlayışla yanaşdığını bildirib. 

"Bu mövsüm mənim üçün ən yaxşı mövsüm olmadı. Amma olan olub. Dəyişdirilməsi mümkün olmayan qərara görə narahat olmuram və ümid edirəm ki, uşaqlar sona qədər irəliləyəcəklər. Vaxtım olsa, əlbəttə ki, onların oyunlarını izləyəcəyəm", – deyə Palmer bildirib.

İngiltərəli futbolçu həmçinin qeyd edib ki, son illərdə ilk dəfə olaraq yeni mövsümə qədər tam istirahət etmək imkanı əldə edəcək.

Palmer yaxın vaxtlarda "Çelsi"yə qayıdacaq. London klubunda yeni mövsümdən etibarən komandanı Xabi Alonso çalışdıracaq.

Qeyd edək ki, Palmerin mundial iştirak ərizəsində yer almaması futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olmuşdu.

Əlaə edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 40 oyunda 14 qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər