10 avqust 2026. Bazar ertəsi

Braziliya Şotlandiyanı üç cavabsız qolla məğlub etdi


Braziliya Şotlandiyanı üç cavabsız qolla məğlub etdi

Futbol üzrə dünya çempionatında C qrupunun III turu çərçivəsində Şotlandiya və Braziliya milliləri üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, gərgin keçən qarşılaşma Braziliya yığmasının inamlı qələbəsi ilə yekunlaşıb.

Hesabı oyunun 7-ci dəqiqəsində Vinisius açıb. Braziliyalı hücumçu rəqib müdafiəçilərin səhvindən maksimum yararlanaraq komandasını önə keçirib.

İlk hissənin əlavə edilmiş vaxtında Vinisius ikinci dəfə fərqlənərək həm dublunu rəsmiləşdirib, həm də Braziliyanın üstünlüyünü artırıb.

Cənubi amerikalıların üçüncü qolunu isə 60-cı dəqiqədə Mateus Kunya vurub. Bundan sonra hesab dəyişməyib və matç Braziliyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Braziliya millisi C qrupunu lider kimi tamamlayaraq növbəti mərhələyə yüksəlib.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər