26 iyun 2026. Cümə

Haiti iki dəfə önə keçsə də, Mərakeş qalib gəldi


Haiti iki dəfə önə keçsə də, Mərakeş qalib gəldi

Futbol üzrə dünya çempionatında C qrupunun III turu çərçivəsində Mərakeş və Haiti milliləri arasında maraqlı qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, bol qollu keçən matç Mərakeş yığmasının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Haiti millisi oyuna fəal başlayıb və 10-cu dəqiqədə Lenni Jozefin qolu ilə hesabı açıb. Mərakeş 39-cu dəqiqədə Əşrəf Hakiminin dəqiq zərbəsi ilə tarazlığı bərpa etsə də, Haiti ilk hissənin sonlarına yaxın yenidən önə keçib. Belə ki, 43-cü dəqiqədə Vilson İzidor komandasının ikinci qolunu vurub.

Lakin Mərakeş fasiləyə qədər hesabı yenidən bərabərləşdirməyi bacarıb. İlk hissəyə əlavə olunmuş vaxtın birinci dəqiqəsində İsmael Sayberi fərqlənərək komandalarını soyunub-geyinmə otağına 2:2 hesabı ilə yollayıb.

İkinci hissədə təşəbbüsü ələ alan Afrika təmsilçisi 78-ci dəqiqədə Sufiyan Rahiminin qolu ilə ilk dəfə hesabda önə çıxıb. Qarşılaşmanın son dəqiqələrində isə Casim Yasin fərqlənərək Mərakeşin qələbəsini rəsmiləşdirib.

Beləliklə, Mərakeş millisi Haitini 4:2 hesabı ilə məğlub edərək C qrupunu ikinci pillədə başa vurub və növbəti mərhələyə vəsiqə qazanıb.







Dünya çempionatı

Neymar Messi ilə münasibətlərindən danışdı
  • Dünya çempionatı
  • 23:14 25.06.2026
Neymar Messi ilə münasibətlərindən danışdı
Cənubi Koreya CAR səddini keçə bilmədi
  • Dünya çempionatı
  • 08:31 25.06.2026
Cənubi Koreya CAR səddini keçə bilmədi
Çexiya Meksika qarşısında aciz qaldı
  • Dünya çempionatı
  • 07:59 25.06.2026
Çexiya Meksika qarşısında aciz qaldı