1 oktyabr 2026. Cümə axşamı

Ekvador Almaniyanı məğlub etdi


Ekvador Almaniyanı məğlub etdi

2026-cı il dünya çempionatının E qrupunun üçüncü turunda Ekvador və Almaniya milliləri üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, ABŞ-nin İst-Raterford şəhərində yerləşən stadionda keçirilən qarşılaşma Ekvador millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab artıq ikinci dəqiqədə açılıb. Almaniya millisinin hücumçusu Leroy Zane komandasını önə keçirib. Lakin Ekvador yığması yeddi dəqiqə sonra tarazlığı bərpa etməyi bacarıb. Nilsón Anqulo dəqiq zərbə ilə hesabı bərabərləşdirib.

Görüşün taleyini həll edən qol isə 77-ci dəqiqədə vurulub. Qonsalo Plata fərqlənərək Cənubi Amerika təmsilçisinə qələbə qazandırıb.

Qrup mərhələsinin üç turundan sonra Almaniya millisi altı xalla E qrupunda ilk pillədə qərarlaşıb. Ekvador yığması dörd xalla üçüncü sıradadır.

Qrupun ikinci pilləsində altı xala malik Kot-d'İvuar millisi yer alır. Kürasao yığması isə bir xalla sonuncu mövqedədir.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər