1 oktyabr 2026. Cümə axşamı

Kot-d'İvuar pley-offa yüksəldi, Kürasao mübarizəni dayandırdı


Kot-d'İvuar pley-offa yüksəldi, Kürasao mübarizəni dayandırdı

2026-cı il dünya çempionatının E qrupunun üçüncü turunda Kurasao və Kot-d'İvuar milliləri üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, ABŞ-nin Filadelfiya şəhərində keçirilən qarşılaşma Afrika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesab yeddinci dəqiqədə açılıb. Kot-d'İvuar millisinin hücumçusu Nikolya Pepe komandasını önə keçirib. Təcrübəli futbolçu ikinci hissədə də fərqlənərək dublunu rəsmiləşdirib. O, 64-cü dəqiqədə vurduğu qolla görüşün yekun nəticəsini müəyyənləşdirib.

Bu nəticədən sonra Kurasao millisi E qrupunda sonuncu - dördüncü pillədə qərarlaşıb. Dik Advokatın rəhbərlik etdiyi komanda üç oyunda cəmi bir xal toplayıb.

Kot-d'İvuar yığması isə altı xalla qrupu ikinci pillədə başa vurub və növbəti mərhələyə yüksəlmək şansını qoruyub.

Qeyd edək ki, dünya çempionatının qrup mərhələsi iyunun 11-dən 27-dək keçirilir. Komandalar qrupda hər biri üç oyun keçirir. Pley-off mərhələsinə hər qrupun ilk iki pilləsində yer alan komandalarla yanaşı, üçüncü yeri tutan ən yaxşı səkkiz yığma da vəsiqə qazanır.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər