1 oktyabr 2026. Cümə axşamı

Ekvador üçüncü yerdən 1/16 finala yüksəldi


Ekvador üçüncü yerdən 1/16 finala yüksəldi

Ekvador millisi 2026-cı il dünya çempionatında qrupunu üçüncü pillədə başa vursa da, turnirin 1/16 final mərhələsinə vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi üçüncü yerlər arasında formalaşan reytinqdə Bosniya və Herseqovina millisindən üstün olaraq növbəti mərhələyə yüksəlməyi bacarıb. Bosniya və Herseqovina yığması da daha əvvəl 1/16 finalda iştirakını təmin etmişdi.

Ekvador millisi E qrupunda üç oyundan sonra dörd xal toplayaraq üçüncü yeri tutub. Bu qrupda Almaniya, Kot-d'İvuar və Kürasao milliləri də mübarizə aparıblar.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir.

Hazırkı dünya çempionu Argentina millisidir. Argentina yığması 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında Fransa millisini əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatan oyundan sonra penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edərək çempion olub.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər