10 avqust 2026. Bazar ertəsi

Ekvador şansını qorudu, Kurasao mundialla vidalaşdı


Ekvador şansını qorudu, Kurasao mundialla vidalaşdı

2026-cı il dünya çempionatının E qrupunda bütün oyunlar başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, qrupun son turunda Kot-d'İvuar millisi Kurasao üzərində qələbə qazanıb, Almaniya yığması isə Ekvadora məğlub olub.

Nəticədə Almaniya millisi üç oyundan sonra topladığı altı xalla E qrupunun qalibi olub. Kot-d'İvuar yığması da eyni sayda xal toplasa da, top fərqinə görə ikinci pillədə qərarlaşıb.

Hər iki komanda birbaşa olaraq dünya çempionatının 1/16 final mərhələsinə vəsiqə qazanıb.

Ekvador millisi dörd xalla üçüncü yeri tutub və ən yaxşı qrup üçüncülərindən biri kimi növbəti mərhələyə yüksəlmək şansını qoruyur.

Kürasao yığması isə üç oyundan sonra cəmi bir xal toplayaraq turnirlə vidalaşıb.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər