1 oktyabr 2026. Cümə axşamı

Yaponiya İsveçlə sülh bağladı


Yaponiya İsveçlə sülh bağladı

Futbol üzrə dünya çempionatında F qrupunun III turu çərçivəsində Yaponiya və İsveç milliləri üz-üzə gəliblər.

90deqiqe.Az xəbər verir ki, Dallas stadionunda keçirilən qarşılaşma gərgin mübarizə şəraitində keçib və tərəflər meydanı heç-heçə ilə tərk ediblər – 1:1.

Matçda hesabı Yaponiya yığması açıb. Komandanın heyətində Daydzen Maeda 56-cı dəqiqədə fərqlənərək komandasını önə keçirib. İsveç millisi isə cəmi altı dəqiqə sonra cavab verib. Antoni Elanqa 62-ci dəqiqədə hesabı bərabərləşdirib.

Qarşılaşmanın qalan hissəsində tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib və oyun 1:1 hesabı ilə yekunlaşıb.

Beləliklə, F qrupunu ikinci pillədə başa vuran Yaponiya millisi dünya çempionatının növbəti mərhələsində C qrupunun qalibi Braziliya ilə üz-üzə gələcək.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər