25 sentyabr 2026. Cümə

Dünya çempionatında yalnız bir komanda hələ də qol vura bilməyib


Dünya çempionatında yalnız bir komanda hələ də qol vura bilməyib

İyunun 11-dən iyulun 19-dək Şimali Amerikada keçirilən 2026-cı il dünya çempionatında maraqlı statistika qeydə alınıb.

90deqiqe.Az xəbər verir ki, hazırkı vəziyyətə görə, nüfuzlu turnirdə iştirak edən 48 millidən 47-si rəqib qapısına yol tapa bilib.

Qol vura bilməyən yeganə komanda Panama millisidir. Komanda Qana və Xorvatiya millilərinə hər iki oyunda 0:1 hesabı ilə məğlub olub.

Qrup mərhələsinin son turunda Panama millisi İngiltərə yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 28-də keçiriləcək.

Panama millisi son turun nəticəsindən asılı olmayaraq, dünya çempionatının növbəti mərhələsinə yüksəlmək şansını vaxtından əvvəl itirib







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər