26 iyun 2026. Cümə

Dünya çempionatı tarixində yeni rekord qeydə alındı


Dünya çempionatı tarixində yeni rekord qeydə alındı

2026-cı il dünya çempionatı vurulan qolların sayına görə turnirin tarixinə ən məhsuldar yarış kimi düşüb.

90deqiqe.Az xəbər verir ki, hazırkı ana qədər mundialda 173 qol vurulub. Bununla da 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının rekordu yenilənib. Həmin turnirdə millilər ümumilikdə 172 dəfə rəqib qapısına yol tapmışdılar.

Qeyd edək ki, qrup mərhələsinin başa çatmasına hələ bir neçə qarşılaşma qalıb. Bu ildən etibarən dünya çempionatında ilk dəfə 48 milli komanda iştirak edir.

2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq.

Hazırkı dünya çempionu Argentina millisidir. Cənubi Amerika təmsilçisi 2022-ci ildə Qətərdə keçirilən final görüşündə Fransa millisini oyundan sonrakı penaltilər seriyasında məğlub edərək çempionluğa yiyələnmişdi.







Dünya çempionatı

“Biz mundiala hədiyyə etməyə gəlməmişik”
  • Dünya çempionatı
  • 14:25 26.06.2026
“Biz mundiala hədiyyə etməyə gəlməmişik”
Yaponiya İsveçlə sülh bağladı
  • Dünya çempionatı
  • 07:11 26.06.2026
Yaponiya İsveçlə sülh bağladı
Ekvador üçüncü yerdən 1/16 finala yüksəldi
  • Dünya çempionatı
  • 02:11 26.06.2026
Ekvador üçüncü yerdən 1/16 finala yüksəldi