10 avqust 2026. Bazar ertəsi

"Gələcəkdə səhvlərimizi düzəltməyə çalışacağıq"


"Gələcəkdə səhvlərimizi düzəltməyə çalışacağıq"

Türkiyə millisinin və "Real"ın yarımmüdafiəçisi Arda Gülər 2026-cı il dünya çempionatında komandasının çıxışını dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, Arda Gülər komandanın uğursuz çıxışına görə məsuliyyəti üzərinə götürüb.

"Mən pis oynadım. Heç birimiz yaxşı çıxış etmədik. Tənqidçilər nə deyirlərsə, haqlıdırlar. Pis oynadıq və turnirdən kənarda qaldıq. Ümid edirəm ki, gələcəkdə bu səhvləri aradan qaldıra biləcəyik. ABŞ ilə oyundan əvvəl mənim ruh düşkünlüyündə olduğum deyilirdi. Mən tənqidə açığam. Bütün tənqidlər haqlıdır", – deyə futbolçu bildirib.

Qeyd edək ki, D qrupunda üç turdan sonra üç xal toplayan Türkiyə millisi sonuncu yeri tutaraq turnirlə vidalaşıb. Komanda son turda ABŞ yığmasını 3:2 hesabı ilə məğlub etsə də, bu nəticə növbəti mərhələyə yüksəlmək üçün kifayət etməyib.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər