10 avqust 2026. Bazar ertəsi

“Biz mundiala hədiyyə etməyə gəlməmişik”


“Biz mundiala hədiyyə etməyə gəlməmişik”

Almaniya millisinin sabiq futbolçusu Tomas Müller 2026-cı il dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Ekvadorla keçirilən oyundan sonra baş məşqçinin heyət seçimi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, o, “Magenta TV”yə açıqlamasında bildirib ki, baş məşqçi olsaydı, komandanın sabitliyini qorumaq üçün mövcud yanaşmanı dəstəkləyərdi və Manuel Noyeri əsas heyətdə saxlayardı.

“Biz mundiala kiməsə hədiyyə etmək üçün gəlməmişik”, – deyə Müller vurğulayıb.

Qeyd edək ki, Almaniya – Ekvador oyunu 1:2 hesabı ilə başa çatıb.

Qrup mərhələsinin yekunlarına əsasən, Yulian Naqelsmannın rəhbərlik etdiyi Almaniya millisi birinci yeri tutub, Ekvador isə üçüncü pillədə qərarlaşıb.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər