11 avqust 2026. Çərşənbə axşamı

ABŞ millisi Maurisio Poçettino ilə müqaviləni uzatmağa hazırlaşır


ABŞ millisi Maurisio Poçettino ilə müqaviləni uzatmağa hazırlaşır

ABŞ Futbol Federasiyası milli komandanın baş məşqçisi Maurisio Poçettinoya yeni müqavilə təklif edib.

90deqiqe.Az-ın məlumatına görə, yeni anlaşmanın müddəti 2030-cu ildə keçiriləcək növbəti dünya çempionatının sonunadək nəzərdə tutulub.

Bildirilir ki, tərəflər artıq bir neçə aydır potensial müqavilənin şərtləri üzərində müzakirələr aparırlar. Argentinalı mütəxəssisin hazırkı müqaviləsi isə 2026-cı il dünya çempionatının başa çatmasına qədər qüvvədədir.

Mənbənin məlumatına əsasən, yeni müqavilə imzalanacağı təqdirdə Maurisio Poçettino dünyanın ən yüksək maaş alan məşqçilərindən birinə çevrilə bilər.

Qeyd edək ki, ABŞ millisi ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatında uğurlu çıxış edərək pley-off mərhələsinə yüksəlib.

Komanda 1/16 final mərhələsində Bosniya və Herseqovina millisi ilə qarşılaşacaq.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər