1 oktyabr 2026. Cümə axşamı

Fransa millisinin ulduzu bir il yarımdan sonra het-trik etdi


Fransa millisinin ulduzu bir il yarımdan sonra het-trik etdi

Fransa millisi 2026-cı il dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Norveçə qarşı keçirilən oyunda inamlı üstünlük nümayiş etdirir.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmanın ilk hissəsinin sonuna olan vəziyyətə görə Fransa yığması rəqibini 3:1 hesabı ilə qabaqlayır. Komandanın hər üç qolunu hücumçu Usman Dembele vurub.

Beləliklə, fransalı futbolçu təxminən bir il yarımdan sonra ilk dəfə het-trikə imza atıb. Dembele sonuncu dəfə 2025-ci il fevralın 1-də Fransa çempionatında "Reyms"a qarşı oyunda bir matçda üç və ya daha çox qol vurmağı bacarmışdı.

Həmin qarşılaşmadan sonra o, bütün turnirlərdə keçirdiyi oyunlarda maksimum iki qol vurub.

Qeyd edək ki, I qrupunda eyni vaxtda Seneqal və İraq milliləri arasında da son tur oyunu keçirilir.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər